Bu gün “Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı

İdman

31 Avqust 2026 09:09 58


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

"Yeni Sabah" xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə meydana “Araz-Naxçıvan” və “Sabah” komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 18:00-da başlayacaq. pizza sifarişi

Turun bağlanış oyunu isə Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında olacaq. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20:15-də start götürəcək.

Turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!