Bu heyvanları ovlamaq istəyənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu heyvanları ovlamaq istəyənlərə XƏBƏRDARLIQ

Sosial

07 Oktyabr 2026 14:43 85


Azərbaycanda 2026–2027-ci illər üzrə ov mövsümü oktyabrın 10-dan başlayacaq.

“Yeni Sabah” xəbər verir ki, ov mövsümü çərçivəsində vəhşi heyvan və quşların ovlanma müddətləri, həmçinin adambaşına müəyyən edilən ov normaları təsdiqlənib.

Ovçular müəyyən edilmiş müddət və limitlərə, eləcə də ovla bağlı digər qanunvericilik tələblərinə əməl etməlidirlər. Ov icazələrinin alınması və qaydalarla bağlı əlavə məlumat üçün aidiyyəti Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət etmək mümkündür. pizza sifarişi

Ov müddətləri və normalar:

Qaban (çöl donuzu): 10 oktyabr – 27 dekabr 2026-cı il. Norma – 1 baş. Ov ən azı 3 nəfərdən ibarət qrupla həyata keçirilməlidir.

Dovşan: 13 noyabr 2026-cı il – 10 yanvar 2027-ci il. Norma – 2 baş.

Cüllüt: 10 oktyabr – 22 noyabr 2026-cı il. Norma – 4 ədəd.

Qaz: 10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il. Norma – 1 ədəd.

Ördək: 10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il. Norma – 3 ədəd.

Qaşqaldaq: 10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il. Norma – 3 ədəd.

Bildirçin: 10 oktyabr – 22 noyabr 2026-cı il. Norma – 4 ədəd.

Göyərçin (alabaxtadan başqa): 10 oktyabr – 22 noyabr 2026-cı il. Norma – 4 ədəd.

Qeyd edək ki, bəzi quş növləri ovdan istisna edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!