“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!”

saytların hazırlanması

Evə çatdırılma

“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!”

Sosial

18 İyun 2026 16:00 217


“Bunların əlindən adam ölməyə də qorxur. Kimin əlində nə xatirə videosu varsa, veriblər saytlara, ya paylaşıblar haradasa, tapıb götürüblər. Biri paylaşır, mini də altında ağzına nə gəldi yazır”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış telejurnalist İradə İsaq “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hər kəsin qəmi öz şəxsi məsələsidir: Toyuqlu pizza

“Adını kənarda 3 adam bilirsə, ölmək də çətindir buralarda. Atam ilin əvvəli rəhmətə gedəndə mən heç kimə heç nə demədim. Bir kəlmə də hardasa nəsə yazmadım. O anda nəsə yazmaq olardımı ki? Heç telefonum bilmirdim haralardadır.

Sağlığında atamdan çox danışdığım üçün hamı onu tanıyırdı. Amma 40 məclisində üst-üstə 40 adam yox idi. Çünki çox az adama demişdim, əzizlər idi yəni.

Bu, mənim qəmimdir. Kimə nə aidiyyəti var?! Kim təsəlli verə bilər ki, əzizini itirmişə? Bir ordu aş yeyib, qeybət edənə gərək duymadım mən. Həmçinin də saytlara başlıq olmağa gərək yox idi, başsağlıqları, təziyələr...

İlahi, sən üzümüzə bax. Bizi heç kimin dilinə salma...

Siz Allah, mənə bir şey olsa, heç kim heç nə yazmasın. Ortaq videolarımızı, şəkillərimizi özünüzdə saxlayın, dostlar. Kim nə yazacaq, nə deyəcək mən bilməyəcəyəm, onsuz da. Heç kimin dilinə saqqız olmayaq təki.

Üzüsulu birtəhər yaşamışıq, görək üzüsulu da bu dünyadan gedə bilirikmi?”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!