“Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.
"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında bildirib.
O, almaniyalı jurnalistin AXCP sədri Əli Kərimlinin həbsinə dair sualında qeyd edib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır: “Hər kəs qanun qarşısında cavab verməlidir və hazırda gedən araşdırma Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilir”. Onlayn mağaza
Xatırlatma: Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Onun işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Telegram kanalımız