Bu ölkədə dəhşətli zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə dəhşətli zəlzələ oldu

Dünya

20 Aprel 2026 12:36 1223


Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub, ardınca mümkün sunami ilə bağlı xəbərdarlıq elan edilib.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hakimiyyət İvate, Aomori və Hokkaydo prefekturaları üçün hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.

Zəlzələ Yaponiyanın seysmik intensivlik şkalası üzrə "yuxarı beşlik" kimi qiymətləndirilib - bu, insanların hərəkətində ciddi çətinliklərin və konstruksiyaların zədələnməsinin, o cümlədən armatursuz beton divarların çökməsinin mümkün olduğu bir səviyyədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!