Bu şəxs vətəndaşları aldadır - Şikayət

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxs vətəndaşları aldadır - Şikayət

Sosial

08 Oktyabr 2026 15:27 59


Sosial şəbəkələrdə özünü biznesmen kimi təqdim edən şəxsшn törədildiyi iddia olunan irimiqyaslı dələduzluq əməlləri ilə bağlı xəbərdarlıq paylaşımı yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Yasin Bəhmənzadə adlı istifadəçi vətəndaşları ehtiyatlı olmağa çağıraraq həmin şəxsin müxtəlif şirkətlər adından insanları aldatdığını bildirib.

Ən diqqətçəkən məqam isə odur ki, bu şəxs məsuliyyətdən yayınmaq üçün mütəmadi olaraq bir həftəliyə psixiatriya xəstəxanasında yatır və çıxdıqdan sonra analoji əməllərini davam etdirir. pizza hut

Paylaşımda qeyd olunur ki, saxta iş adamı hətta öz qohumlarını da şərikli biznes bəhanəsi ilə aldadıb. Hadisənin üstü açıldıqda isə yaxınları onun ruhi xəstə olduğunu deyib məsələni ört-basdır etməyə çalışırlar.

Zərərçəkən vətəndaş digər şəxslərin də bu tələyə düşməməsi üçün aidiyyəti qurumları və ictimaiyyəti diqqətli olmağa çağırıb.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!