Bu şəxslər 200 manat cərimə olunacaq -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 200 manat cərimə olunacaq - RƏSMİ

İqtisadiyyat

04 Sentyabr 2026 10:30 107


Vergi uçotuna alınmadan restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə qanunvericiliyə əsasən maliyyə sanksiyası tətbiq edilir.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs fəaliyyətə başladığı günədək vergi orqanına uçota alınmaq üçün ərizə təqdim etməlidir.

Qeyd olunub ki, bu tələbə əməl edilmədiyi halda Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. pizza sifarişi

Beləliklə, vergi uçotuna alınmadan restoran fəaliyyəti göstərən fiziki şəxslər həm qanunvericiliyin tələblərini pozmuş olur, həm də 200 manat maliyyə sanksiyası ilə üzləşə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!