Bu şəxslər də hərbi xidmətə yararlı hesab olunur – Vacib məlumat

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər də hərbi xidmətə yararlı hesab olunur – Vacib məlumat

Sosial

20 İyun 2026 12:47 730


Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlı hesab edilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti paylaşım edib.

Qurum talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı ilə bağlı mövcud qaydaları açıqlayıb. Marqarita pizza

Məlumata əsasən, Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Talassemiya gen daşıyıcısı olan şəxslər “A-3 təyinat göstəricisi” ilə hərbi xidmətə yararlı hesab olunur.

Qeyd olunub ki, bu diaqnoz hərbi xidmətə yararsızlıq sayılmır və həmin çağırışçılar ümumi qaydada xidmətə cəlb edilirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!