Bu şəxsləri işə götürənlərin başı ağrıyacaq –   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxsləri işə götürənlərin başı ağrıyacaq – XƏBƏRDARLIQ

Sosial

03 Oktyabr 2026 11:25 273


Uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək işlərə cəlb edilməsi yolverilməzdir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. Lakin yetkinlik yaşına çatmayan şəxslərin əməyindən istifadə zamanı onların yaşı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Toyuqlu pizza

Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə yarada bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Dövlət Əmək Müfəttişliyi işəgötürənləri bu tələblərə ciddi əməl etməyə və azyaşlıların təhlükəli əmək şəraitinə cəlb edilməsinə yol verməməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!