Bu şəxslərin nəzərinə:   Avqustun 12-si başlayır!

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin nəzərinə: Avqustun 12-si başlayır!

Sosial

10 Avqust 2026 17:17 111


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, namizədlər avqustun 12-si saat 15:00-dan etibarən elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçə bilərlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçiriləcək. pizza sifarişi

Qeyd olunub ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

Ümumi vakansiya seçimi prosesi avqustun 15-i saat 15:00-dək davam edəcək.

Bununla yanaşı, avqustun 8-dən keçirilən, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-da başa çatıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!