Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK -   DYP-dən XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 

Sosial

04 Aprel 2024 18:00 11019


Bəzi sosial şəbəkə səhifələrində dövlət qeydiyyat nişanının avto nəqliyyat vasitələrinin ön və arxa hissəsində hansı yerdə bərkidilməsi məsələsi mübahisələndirilir. 

Yenisabah.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı lövhələri istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş yerlərə bərkidilir. 

Bildirilib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan tələbinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli şəxsin 40 manat məbləğində cərimə olunmasına dair məsuliyyət nəzərdə tutulub.  Marqarita pizza

"Bütün bunları nəzərə alaraq bir daha sürücülərdən xahişimiz və tələbimiz ondan inbarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə açıqlamada qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!