La Liqanın 22-ci turunda "Osasuna" - "Real" matçından (0:2) öncə Türkiyədə və Suriyada baş verən güclü zəlzələlərə görə həyatını itirənlər xatirəsi yad olunub.
Yenisabah.az xəbər verir ki, futbolçular hörmət əlaməti olaraq həyatını itirənləri 1 dəqiqəlik sükutla anıblar.
Lakin bu vaxt "Osassuna"nın azarkeşləri "Real"ın futbolçusu Vinisius Junioru təhqir etməyə başlayıblar. Bununla da 1 dəqiqəlik sükut bölünüb. pizza sifarişi
"Real"ın baş məşqçisi Karlo Ançelotti oyundan sonra açıqlamasında azarkeşlərin belə hərəkət etməsinin Türkiyə və Suriyaya hörmətsizlik olduğunu deyib: "Bir dəqiqəlik sükut zamanı baş verənlər Vinisiusla yanaşı, Türkiyə və Suriyaya da hörmətsizlikdir!"
Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyədə və Suriyada güclü zəlzələlər baş verib. Fəlakət nəticəsində Türkiyədə 41 min 20 nəfər həyatını itirib.
Telegram kanalımız