Paşinyan: Sülh 400 illik olmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Sülh 400 illik olmalıdır

Dünya

29 Oktyabr 2026 16:48 97


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib.

Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, o, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyib.

N.Paşinyan qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Sezar pizza

Baş nazir dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb: 

“Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz 2 illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!