Nazirlikdən borclarla bağlı   VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən borclarla bağlı VACİB AÇIQLAMA

İqtisadiyyat

29 Oktyabr 2026 16:15 92


Azərbaycanda dövlət borcuna xidmət xərclərində artım gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə dövlət borcuna xidmət üçün 2 milyard 399,6 milyon manat ayrıldığı halda, 2026-cı ilin proqnozlarında bu məbləğin 58,0 milyon manat artaraq 2 milyard 457,6 milyon manata çatacağı nəzərdə tutulur.

Xərclərin strukturuna nəzər saldıqda daxili və xarici borc ödənişlərində fərqli dinamika müşahidə olunur. Belə ki, 2025-ci ildə xarici borca ayrılan vəsait 1,4 milyard manat təşkil edib (bunun 962,4 milyon manatı əsas borc, 479,3 milyon manatı faiz borcudur). 2026-cı ildə də ümumi məbləğin 1,4 milyard manat səviyyəsində qalması gözlənilsə də, xidmət xərcləri 41,6 milyon manat azalacaq. Proqnoza əsasən, əsas borc ödənişləri 940 milyon manat, faiz borcu ödənişləri isə 460 milyon manat olacaq. pizza

Daxili borca ayrılan vəsaitdə isə ciddi artım var. 2025-ci ildə daxili borca 958 milyon manat (136,8 milyon manat əsas borc, 821,2 milyon manat faiz borcu) ayrılmışdırsa, 2026-cı ildə bu göstərici 99,6 milyon manat artaraq 1,1 milyard manata yüksələcək. Artımın əsas hissəsi faiz ödənişlərinin payına düşür — 2026-cı ildə daxili borc üzrə əsas borca 137 milyon manat, faiz ödənişlərinə isə 920,6 milyon manat vəsait yönəldiləcək.

Ümumilikdə, 2025-ci ildə borclara ayrılan ümumi vəsait 2,4 milyard manat təşkil etdiyi halda, 2026-cı ildə bu göstəricinin 2,5 milyard manat olacağı proqnozlaşdırılır.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!