“İndi al, sonra ödə” tələsi: 1000 manatlıq məhsulu 1200 manata alırsınız!

saytların hazırlanması

Evə çatdırılma

“İndi al, sonra ödə” tələsi: 1000 manatlıq məhsulu 1200 manata alırsınız!

Sosial

29 Oktyabr 2026 16:57 90


““BNPL” (Buy Now, Pay Later — "İndi al, sonra ödə") modeli yalnız ölkəmizdə deyil, bütün dünyada və xüsusilə pərakəndə ticarətdə geniş istifadə olunan maliyyələşmə üsuludur. Şirkətlər bu sistemdən satış həcmini artırmaq üçün istifadə edirlər. Hər bir maliyyə mexanizmi kimi, BNPL-in də həm üstünlükləri, həm də müəyyən riskləri mövcuddur.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib. Onun sözlərinə görə, bu modelin əsas üstünlüyü odur ki, ehtiyac duyulan məhsulu dərhal əldə edib istifadə edirik, ödənişi isə hissələrə bölərək sonradan mərhələli şəkildə həyata keçiririk:

“Lakin bu sistemin mənfi və riskli tərəfləri də az deyil. İnsanlar psixoloji amillərin təsiri ilə bəzən gəlirlərindən artıq xərcləyir, hətta planlaşdırmadıqları alış-verişləri belə edirlər. Toyuqlu pizza

Məsələn, 1000 manatlıq məhsulu birdəfəyə almaq insanlara çətin görünür, amma eyni məhsulun qiyməti 1200 manata qaldırılıb 10 aya bölündükdə, ayda 100 manat ödəmək psixoloji olaraq daha asan gəlir. Nəticədə alıcı faktiki olaraq gələcəkdə qazanacağı pulu indidən xərcləmiş olur ki, bu da borc yükünü artırır”.

Ekspert qeyd edib ki, bu səbəbdən istehlakçılar ilk növbədə yalnız aylıq ödənişin kiçik görünməsinə deyil, məhsulun ümumi yekun dəyərinə diqqət yetirməlidirlər:

“Hissəli ödəniş zamanı adətən faiz elementi daxil edildiyi üçün qiymət nəğd alışdan fərqli olur. Nəğd və hissəli qiymətləri müqayisə edərək faiz fərqini və məhsulun tam neçəyə başa gələcəyini dəqiqləşdirmək lazımdır. Bundan əlavə, ödənişləri vaxtında həyata keçirmək üçün dəqiq planlama aparılmalı, gecikmə olarsa, hansı cərimə faizlərinin tətbiq olunacağı əvvəlcədən öyrənilməlidir.

Aylıq ödəniş əlverişli görünə bilər, lakin həmin əşyanın həqiqətən lazım olub-olmadığı düzgün qiymətləndirilməlidir. İndiki gəlir bu ödənişə imkan versə də, gələcəkdə gözlənilməz xərclərin ortaya çıxa biləcəyi və ya qazancda axsamalar olacağı nəzərə alınmalıdır. Yekun olaraq, BNPL xidmətindən yalnız məhsul həqiqətən zəruri olduqda və maliyyə imkanları buna cavab verdikdə istifadə etmək məqsədəuyğundur”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!