“AzerGold” QSC 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

“AzerGold” QSC 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

İqtisadiyyat

29 Oktyabr 2026 16:33 113


“AzerGold” QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq “MiningMetals” yubiley sərgisində iştirak edib. 27–29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib.

Sərgidə ölkəmizlə yanaşı, 18 ölkəni təmsil edən 163 şirkət iştirak edib. Tədbir çərçivəsində faydalı qazıntıların hasilatı və emalı üçün müasir avadanlıqlar, innovativ texnologiyalar, laboratoriya sistemləri və sənayedə tətbiq olunan rəqəmsal həllər nümayiş etdirilib.

Sərgidə xüsusi stendlə təmsil olunan “AzerGold” QSC beynəlxalq tərəfdaşlara və ziyarətçilərə şirkətin 10 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlər, ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək inkişaf istiqamətləri barədə məlumat təqdim edib. Bununla yanaşı, stenddə şirkətin Özbəkistanda təsis etdiyi ilk xarici törəmə müəssisəsi – “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti, ölkədə həyata keçirilməsi nəzərdə tutulan geoloji kəşfiyyat işləri və perspektiv birgə layihələr barədə məlumat verilib. pizza mizza

Stendin ziyarətçilərinə virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə virtual səyahət etmək imkanı yaradılıb. İştirakçılar faydalı qazıntıların hasilatından qızıl-gümüş xəlitəsinin əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar.

Bununla yanaşı, “AzerGold” QSC-nin qızıl və gümüş məhsulları sərgidə nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, “Smartminting” texnologiyası ilə 3D formatında hazırlanmış “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə, “Qarabağ” kolleksiyası və Azərbaycanın təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim ənənələrini əks etdirən ümumilikdə 27 çeşiddə sikkə ziyarətçilərin böyük marağına səbəb olub. “AzerGold” ilk dəfə təmsil olunduğu 20-ci Beynəlxalq “MiningMetals” yubiley sərgisinin “Ən yaxşı məhsul təqdimatı” nominasiyası üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, “MiningMetals” sərgisi bu günədək 41 ölkədən 1723 şirkət və brendi bir araya gətirib, ekspozisiyanı ümumilikdə 79 827 nəfər ziyarət edib. Beynəlxalq dağ-mədən və metallurgiya sənayesinin mühüm platformalarından olan sərgi təcrübə mübadiləsi, yeni işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə imkan yaradır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!