2026-cı ilin birinci yarımilliyinin yekunlarına əsasən, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri isə 16 milyard 775,5 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, icrayla bağlı formalaşan 2 milyard 403,7 milyon manatlıq büdcə profisiti 2025-ci ilin analoji dövrü ilə müqayisədə 304,5 milyon manat və ya 11,2 faiz azalıb.
Dövlət Neft Fondundan (ARDNF) edilən transfert nəzərə alınmadan büdcə gəlirlərində müsbət dinamika qeydə alınıb. Belə ki, qeyri-neft/transfertsiz daxilolmalar 2,8 faiz çox icra edilərək 12 milyard 759,2 milyon manata çatıb. Dominos pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız