“Azərbaycanda müstəqil futbol klubları yoxdur. Komandaların adlarının mütəmadi dəyişməsi də bununla bağlıdır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, ölkənin “futbol təsərrüfatı” deyilən bir anlayış mövcud deyil: Pepperoni pizza
“Yerli klubların hamısı dövlətin AFFA-ya ayırdığı müəyyən vəsait hesabına maliyyələşir. Hər hansı bir klubun öz təmsil etdiyi coğrafi-inzibati ərazini, yaxud adını dəyişdirmək futbol ənənəsini məhv edir.
Azərbaycanda futbol təsərrüfatı deyilən bir anlayış yoxdur. Klubların çoxu Bakıda yaradılır və təxminən eyni mənbədən maliyyələşir. Məsələn, əsas liqada çıxış edən “İmişli” klubu ev oyunlarını Qubada keçirir. Ondansa, bu komandanın adını “Quba” qoysunlar. “İmişli” klubunun oyunlarına Qubada azarkeşlər gəlmir. Bu o demək deyil ki, Qubada tamaşaçı yoxdur. Halbuki Azərbaycanın köklü futbol ənənəsi olan və çoxlu futbolçu yetişdirdən rayonlarından biridir”.
N.Muxtarlı əlavə edib ki, “Cəbrayıl” komandasının adını “Gəncəbasar” qoymaqla heç bir müsbət nəticə əldə etmək mümkün deyil:
“Məsələn, “İmişli”-“Qarabağ” oyununda tribunada 10 min azarkeş var idi. Məlumdur ki, onların əksəriyyəti “Qarabağ”a görə stadiona gəlmişdi. Təsəvvür edin, “İmişli” yerinə elə Qubanın öz komandası olsa, hər oyun bu qədər azarkeş tribunada olar. Azərbaycan futbolunda inkişaf strategiyasını müəyyən etmək bu qədər sadədir. Bu gün Azərbaycanın köklü futbol ənənəsi olan cənub bölgəsi bu gün futboldan kənarda qalıb. Azərbaycan əhalisinin 1 milyonu cənubda yaşayır və orada futbol heç kimin yadına düşmür. “Cəbrayıl” komandasının adını “Gəncəbasar” qoymaqla nə dəyişəcək ki?! Bunun futbolun inkişafına heç bir təsiri yoxdur”.
Xatırladaq ki, I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. Artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.
Bu, Azərbaycan futbolunda ilk hadisə deyil. Vaxtilə "Xəzər Universiteti" adı ilə yaradılan klub, 2004-cü ildə "İnter Bakı", 2017-ci ildə "Keşlə", 2022-ci ildən isə "Şamaxı" adını alıb. 2005-ci ildə formalaşdırılan "Göy-Göl" (Xanlar) adı ilə təsis edilən komanda isə 2006-cı ildə Qəbələyə köçürülərək "Gilan", 2007-ci ildən isə "Qəbələ" adını alıb.
Nazim Hacıyev
Telegram kanalımız