"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Yeni Sabah" xəbər verir ki, cinah müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib:
"Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir". Toyuqlu pizza
Xatırladaq ki, "Qarabağ" iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən "Dinamo"nu mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Telegram kanalımız