"Qarabağ" komandası Misli Premyer Liqasının hər oyununa ciddi yanaşmalıdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis I turda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb: Sezar pizza
"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun alındı. Qələbə qazanmaq vacib idi. Çempionat yeni başlayıb. Bütün komandalara uğurlar arzulayıram. İnanıram ki, bu mövsüm Premyer Liqa daha maraqlı olacaq. Çempionatın hər matçına ciddi yanaşmalıyıq. Bu ilk görüşdən göründü".
Q. Qurbanov "Şamaxı" ilə oyunun ilk hissəsində sürətin aşağı olduğunu söyləyib:
"Amma ikinci yarışda daha sürətli oyun izlədik və vacib qalibiyyət əldə etdik. Futbolçular növbəti qarşılaşmalara həm fikizi, həm də psixoloji baxımdan hazır olmalıdırlar. "Şamaxı"nın baş məşqçisi Azər Bağırova da yeni komandasında uğurlar arzulayıram"./Report
Telegram kanalımız