Çexiyalı qapıçı 20 il müddətinə futboldan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Çexiyalı qapıçı 20 il müddətinə futboldan uzaqlaşdırıldı

İdman

24 Sentyabr 2026 23:15 117


Çexiyalı qapıçı Marek Kalina danışılmış oyunlarda iştirakına görə 20 il müddətinə diskvalifikasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

29 yaşlı Kalina danışılmış oyunların təşkilində və korrupsiyada iştirakına görə assosiasiyanın keçirdiyi bütün tədbirlərdən kənarlaşdırılıb və 500 000 kron (təxminən 20 500 avro - red.) məbləğində cərimələnib. Toyuqlu pizza

Futbolçu beş il ərzində baş verən 11 epizod üzrə təqsirli bilinib.

Qeyd edək ki, Kalinanın son klubu Çexiya çempionatının dördüncü divizionunda çıxış edən "Znojmo" olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!