ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ - CIA) direktoru Con Retkliffin Moskvaya gözlənilmədən səfərini "yarıadi" adlandırıb.
"Yeni Sabah" xəbər verir ki, Qlenn Bekin mühafizəkar radio şousunda ondan Rusiya Prezidenti Vladimir Putinin NATO-nun qarşıdurmaya hazırlığını sınamaq və Böyük Britaniyaya zərbə endirmək niyyətində olduğu, eləcə də səfərin İrana qarşı sanksiyalarla mümkün əlaqəsi barədə fərziyyələr soruşulub.
"Nə biri, nə digəri, nə də üçüncüsü", - Tramp cavab verib. pizza mizza
Onun sözlərinə görə, Retkliffin səfəri, bir növ, yarıadir.
Eyni zamanda, ABŞ Prezidenti Vaşinqtonun Ukraynadakı münaqişənin bitməsini istədiyini vurğulayıb:
"Ukraynadakı müharibənin bitməsini görmək istərdik. Bu, heç vaxt başlamamalı olan bir müharibədir".
Telegram kanalımız