Çində evlənmək və ölənləri dəfn etmək qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Çində evlənmək və ölənləri dəfn etmək qadağan edildi

Dünya

30 Yanvar 2020 09:48 1322


Çinin paytaxtı Pekində evlənmək və ölənləri dəfn etmək müvəqqəti olaraq qadağan edilib.

"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, bu qadağa koronavirusla mübarizə  çərçivəsində qəbul edilib.

Bildirilir ki, 2020-ci ilin 2 fevral tarixi Çin dilində “mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə eyni səslənir. Bu səbəblə həmin tarixdə evlilik mərasimlərinin sayının pik həddə çatacağı gözlənilirdi.

Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində artıq 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!