Coratdakı dəhşətli qətlin TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Coratdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Kriminal

02 Oktyabr 2026 08:39 119


Sumqayıtda ərindən boşanmaq istəyən qadın öldürülüb.

Hadisə bu gün axşam saatlarında şəhərin Corat qəsəbəsi ərazisindəki fərdi yaşayış evində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Şəhanə İmanova yaşadığı evdə qətlə yetirilib. pizza mizza

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsgər Hüseynov saxlanılıb.

Məlumata görə, qətlə səbəb qadının ərindən boşanmaq istəməsi olub. Ailədə bir müddət əvvəl mübahisə başlayıb. Ş.İmanova həyat yoldaşından boşanmaq istəyib. O, həyat yoldaşından ayrı yaşayıb.

Bir müddət sonra kişi onunla barışmaq istəsə də, Şəhanə onun təklifini rədd edib. Dünən axşam saatlarında yenidən mübahisə başlayıb və Əsgər Hüseynov özü ilə gətirdiyi bıçaqla qadını qətlə yetirib.

Cütlüyün birgə nikahdan bir azyaşlı övladı qalıb.

Faktla bağlı araşdırma aparılır.\\oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!