Müğənni Deniz Seki prodüserlik fəaliyyətinə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, o, Serkan Bülbüllə birlikdə “Winwin Record” adlı musiqi şirkəti yaradıb.
Bundan sonra ifaçı yeni layihələrini öz şirkətinin adı altında təqdim edəcək. Elektronika məhsulları
D.Seki yeni fəaliyyətini “Həyatımın ikinci pərdəsini açıram” sözləri ilə ifadə edib.
Şirkətin ilk layihəsi “Yaptığına değer mi?” adlı mahnı olacaq. Noyabrın 20-də dinləyicilərə təqdim ediləcək mahnının sözləri və musiqisi Murat Akdumana, klipin rejissorluğu isə Emrah Özbilenə məxsusdur.
Müğənni bu ilin avqustunda İstanbulda yaşadığı evdə yıxılaraq bud nahiyəsindən xəsarət alıb və əməliyyat olunub.
Telegram kanalımız