“Tərtər işi”nə görə daha 3 nəfər təzminat alacaq

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi”nə görə daha 3 nəfər təzminat alacaq

Sosial

16 Noyabr 2026 15:19 95


“Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan daha üç nəfər maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, həmin şəxslərin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılıb.

Zərərçəkmiş şəxslər həmin hadisələr vaxtı xeyli müddət qapalı şəraitdə saxlanıldqlarını, müxtəlif əzab-iztirablara məruz qaldıqlarını bildiriblər. Elektronika məhsulları

2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra zərərçəkmiş qismində tanınan şəxslər, üzləşdikləri vəziyyətə görə 100-200 min manatlıq kompensasiya tələb ediblər.

Ayrı-ayrı baxılan məhkəmə işlərində cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Sözügedən nazirlik isə iddia tələbinə etiraz edərək, bu dövlət qurumunun hərəkətləri nəticəsində onlara zəər dəyilmədiyi bildirilib.

Nəsimi Rayon Məhkəməsi yekunda iddiaları qismən təmin edib. Zərərçəkmişlərdən birinə 7500 AZN, digər ikisinə isə müvafiq olaraq 8000 və 8500 manat kompensasiya ödənilməsinə dair qərar çıxarırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!