Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Hikmət Məmmədov milli düşüncənin və milli düşüncə platformasının keyfiyyətini müəyyən edən əsas sahələrin media, televiziya və media yayımı olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari gələn ilin dövlət büdcəsində bu istiqamətə 68 milyon 369 min manat vəsait ayrıldığını qeyd edərək, sözügedən məbləğin ötən illə müqayisədə xeyli azaldığını diqqətə çatdırıb. Bir gün əvvəl Media Yayım Şurasının Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım etdiyini xatırladan H.Məmmədov bunların mahiyyət etibarilə ideoloji təxribatlar və ideoloji təhlükəsizlik məsələləri olduğunu vurğulayıb.
Deputat büdcədən ayrılan 68 milyon manatlıq vəsaitin 53,5 milyon manatının televiziyalara, 14,5 milyon manatının isə media yayımına yönəldildiyini bildirərək, gələcəkdə digər sahələrdən müəyyən vəsaitlərin cəlb edilməsi və yaxud müstəqil maliyyə mənbələri hesabına media və yayım sektorunun daha da gücləndirilməsinin zəruri olduğunu qeyd edib. Bakıda online alış-veriş
O, informasiya və ideoloji təhlükəsizliyin təmin edilməsinin gələcəyin əsas çağırışlarından biri olduğunu diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız