Rumıniya Qara dəniz bölgəsində təhlükəsizlik və əlaqələndirmə mövzusunda Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağı planlaşdırır.
"Yeni Sabah" xəbə verir ki, Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulăscu bunu Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
O, Şura iclasından sonra Qara dəniz bölgəsinə yönəlmiş ayrıca nazirlər görüşünün planlaşdırıldığını aydınlaşdırdı. Tədbirdə Avropa İttifaqının tərəfdaşları iştirak edəcək. Elektronika məhsulları
Nazir bildirib: "Yalnız əlaqələndirmə deyil, həm də təhlükəsizlik məsələlərini müzakirə etmək vacibdir".
O, Buxarestin bu məsələləri regional tərəfdaşlarla müzakirə etməyə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Telegram kanalımız