İrlandiya Futbol Assosiasiyası (FAI) Canni İnfantinonun FIFA prezidenti seçilməsini dəstəkləməkdən imtina edib.
"Yeni Sabah" xəbər verir ki, FAI-nin bəyanatında deyilir:
“Son hadisələr idarəçilik, şəffaflıq və konstruktiv məsləhətləşmələrin olmaması ilə bağlı ciddi narahatlıq yaradıb”. pizza hut
Xatırladaq ki, FIFA daha əvvəl dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara satışı üçün "FIFA Forward Enterprise" (FFE) adlı yeni kommersiya strukturunun yaradılmasını planlaşdırırdı. Lakin futbol konfederiyalarının tənqidindən və UEFA-ya üzv ölkələrin dünya çempionatını boykot edə biləcəyi ilə bağlı təhdidlərdən sonra Canni İnfantino bu ideyadan imtina edib.
Bundan sonra bir sıra futbol assosiasiyaları FIFA-nın hazırkı prezidentinin növbəti seçkilərdə namizədliyinə verdikləri dəstəyi geri çəkiblər. FIFA prezidentliyinə növbəti seçkilərin 2027-ci ilin martında keçirilməsi nəzərdə tutulur.
Telegram kanalımız