Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.
"Yeni Sabah" xəbər verir ki, M5 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar.
Hər iki cüdoçu karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb. Pepperoni pizza
Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.\Modern.az
Telegram kanalımız