Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə   MEYDAN OXUDU: “Heç kimdən çəkinmirik” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: “Heç kimdən çəkinmirik” - VİDEO

İdman

29 Avqust 2026 23:57 128


UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas AzTV-yə müsahibə verib.

"Yeni Sabah" xəbər verir ki, litvalı mütəxəssis komandasının tarixi uğurundan, qarşıdakı hədəflərdən və azarkeş dəstəyindən danışıb.

"Biz qrup mərhələsinə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Biz bunu çox istəyirdik. Yəqin ki, bu, hər bir oyunçunun, hər bir məşqçinin böyük arzusu, böyük istəyidir. Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Amma necə mübarizə aparacağımızı bilmək üçün həll yollarını tapmalıyıq", - deyə baş məşqçi bildirib. pizza mizza

Valdas Dambrauskas "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən çəkinmədiyini də xüsusi vurğulayıb:

"Biz heç kimdən çəkinmirik. Əlbəttə, nəticələrin necə olmasından asılı olmayaraq, ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Unutmamalıyıq ki, bizi buralara nə gətirib: çox çalışmaq, hər gün məşqlərdə göstərdiyimiz yüksək performans. Çalışacağıq ki, yenə yüksək performans göstərib yaxşı nəticələr əldə edək".

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!