Dambrauskas əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

Dambrauskas əsəbiləşdi

İdman

15 Sentyabr 2026 11:08 111


"Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas komandasının ünvanına səslənən tənqidlərə münasibət bildirərək narazılığını ifadə edib.

“Yeni Sabah” xəbər verir ki, litvalı mütəxəssis xüsusilə Avropa kaskadında ölkəni təmsil edən futbolçulara qarşı daha insaflı və hörmətli yanaşmanın vacibliyini vurğulayıb.

Komandanın çıxışı və oyunçulara göstərilən təzyiqlərdən söz açan Dambrauskas məsələyə münasibətini bu sözlərlə ifadə edib: Marqarita pizza

"Futbolçularım Azərbaycanı Çempionlar Liqasında təmsil edirlər. Hörmət etmək lazımdır. Amma nəyə görə bu qədər tənqid olunmalıyıq? Düzdür, bu gözəl ölkədə hər kəsin tənqid etmək haqqı var. Amma mən bunları qəbul etmirəm. Hörmətsizlik kimi qiymətləndirirəm. Ən azından bu futbolçular Azərbaycanı, 'Sabah'ı təmsil edirlər".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!