"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Mançester Yunayted" ilə keçirəcəkləri oyun haqda danışıb.
“Yeni Sabah” xəbər verir ki, litvalı çalışdırıcı “qırmızı şeytanlar”la baş tutacaq matçın bir növ güc sınağı olduğunu dilə gətirib:
“Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşarkən əslində nə qədər güclü olduğumuzu görmək istəyirik. Düşünürəm ki, indi nəticə haqqında düşünməyin vaxtı deyil. Bu turnir və bu oyunlar bizim və klubumuz haqqında bir çox həqiqətləri üzə çıxaracaq. Sezar pizza
Əlbəttə, bacardığımızın ən yaxşısını və hansı futbolu oynaya biləcəyimizi göstərmək istəyirik. Rəqabət apara bilərikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə bilərikmi? Biz məhz bunu görmək istəyirik”.
Xatırladaq ki, “Mançester Yunyated” – “Sabah” görüşü Bakı vaxtı ilə bu gün saat 23:00-da, “Old Trafford” stadionunda baş tutacaq.
Nazim Hacıyev
Telegram kanalımız