Dambrauskas “Mançester Yunayted”lə oyundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Dambrauskas “Mançester Yunayted”lə oyundan danışdı

İdman

11 Sentyabr 2026 11:28 96


"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, litvalı mütəxəssis bu səviyyədəki debütün vacib bir təcrübə olduğunu vurğulayıb:

"Müsbət məqamları götürüb mənfi məqamlardan dərs çıxarmalıyıq. Bu səviyyədə həm komanda, həm də mənim üçün ilk oyun idi. Topa sahib olduğumuz və yaxşı ritm tutduğumuz anlar oldu. Amma xüsusilə top itkilərində və diaqonal ötürmələrdə gecikdik. Futbol məkan və zaman oyunudur, biz bu mübarizədə bir qədər uduzduq". Sezar pizza

Dambrauskas rəqibin üstünlüyünü etiraf edərək əlavə edib ki, komandasının göstərdiyi ən yaxşı performans bu səviyyə üçün kifayət etməyib. O, "Mançester Yunayted"i təbrik edərək gələcək oyunlarda uğurlar arzulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!