DƏHŞƏTLİ STATİSTİKA: 8500 məscid sökülüb

saytların hazırlanması

Evə çatdırılma

DƏHŞƏTLİ STATİSTİKA: 8500 məscid sökülüb

Din

11 Sentyabr 2026 12:18 116


Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) peyk görüntülərinə əsaslanan genişmiqyaslı araşdırması Sincan-Uyğur Muxtar Rayonunda dəhşətli faktları ortaya çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, hesabata görə, 2017-ci ildən bəri regionda yerləşən ibadətgahların təxminən 65%-i — ümumilikdə 16 minə yaxın məscid ya dağıdılıb, ya da ciddi zədələnib. Onlardan 8 500-dən çoxu tamamilə sökülüb, yerlərində isə boş ərazilər, avtomobil dayanacaqları və digər infrastrukturlar salınıb.

Daha 7 500-ə yaxın məsciddə isə minarə, günbəz və ənənəvi İslam memarlığı elementləri ləğv edilərək ciddi dəyişikliklər aparılıb. Tədqiqatçılar bu addımları Pekinin dini “çinliləşdirmə” siyasəti ilə əlaqələndirirlər. pizza mizza

Beynəlxalq aləmdə böyük rezonans doğuran araşdırmanın nəticələri "Al Jazeera", "The New York Times" və "The Guardian" kimi aparıcı mediada geniş işıqlandırılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!