DİM: Abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb

saytların hazırlanması

Evə çatdırılma

DİM: Abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb

Sosial

19 İyun 2026 17:46 234


2025-2026-cı tədris ilində I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 38.37%-i 200-dən az bal toplayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.

Qəbul imtahanlarında mümkün maksimal bal 700 olub. Nəticələr 0-200, 200-300, 300-500 və 500-700 bal intervalları üzrə ənənəvi "2", "3", "4" və "5" qiymətləri ilə müqayisə edilib. Toyuqlu pizza

Ötən il abituriyentlərin 38,4 faizi şərti olaraq "2", 21,8 faizi "3", 28,4 faizi "4", 11,5 faizi isə "5" qiymətinə uyğun nəticə göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!