DİM sabah imtahanlar keçirir

saytların hazırlanması

Evə çatdırılma

DİM sabah imtahanlar keçirir

Sosial

24 İyun 2026 10:05 126


Sabah doktorantura və dissertantura səviyyələri üzrə xarici dil fənnindən qəbul və fəlsəfə doktoru imtahanları təşkil olunacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanlarda ümumilikdə 2 351 namizəd iştirak edəcək. Doktoranturaya qəbul imtahanı üçün 1 926 nəfər qeydiyyatdan keçib. Onlardan 1 890 nəfər ingilis, 16 nəfər fransız, 20 nəfər isə alman dili üzrə imtahan verəcək. Marqarita pizza

Fəlsəfə doktoru imtahanında isə 389 nəfərin iştirakı nəzərdə tutulub. Namizədlərdən 386-sı ingilis, 2-si fransız, 1-i isə alman dili üzrə biliklərini sınayacaq.

İmtahanlarda 3 fiziki məhdudiyyətli şəxs də iştirak edəcək. Onların rahat şəkildə imtahan vermələri üçün xüsusi şərait yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!