Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirildi

Sosial

21 İyun 2026 18:16 185


Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

XİN-dən "Yeni Sabah"a verilən məlumata görə, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub.

İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqdan sonra, eləcə də imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək. pizza hut

İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin ilkin mərhələsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara növbəti mərhələlərdə uğurlar arzulayırıq", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!