Dönər əti keyfiyyətsiz çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Dönər əti keyfiyyətsiz çıxdı

İqtisadiyyat

13 Oktyabr 2026 15:17 96


Azərbaycanda fəaliyyət göstərən sahibkarlardan biri “Halal food MMC” şirkətinin istehsal etdiyi toyuq dönərinin keyfiyyətsizliyindən şikayətlənib.

“Yeni Sabah” xəbər verir ki, iş adamı Yusif Qardaşzadə bildirib ki, sözügedən müəssisənin tədarük etdiyi məhsulda dəfələrlə eyni problemlər yaşanıb.

Sahibkarın sözlərinə görə, qarşılaşdığı nöqsanlarla bağlı şirkətə müraciət etsə də, problemə məsuliyyətsiz yanaşılıb və dəymiş zərər ödənilməyib: Marqarita pizza

“Şirkətə bildiriləndə məsələni yola verirlər, dəymiş zərəri qarşılamaqdan imtina etdilər. Mən bir sahibkar kimi bu əti müştəriyə verə bilmərəm. Əgər siz övladınıza yaxud özünüzə rəva bilirsinizsə, almağa davam edin”.

Keyfiyyətsiz məhsulların fotolarının fərqli zamanlarda çəkildiyini vurğulayan sahibkar, məsələ ilə bağlı rəsmi qaydada Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət edəcəyini bəyan edib.

Cəlalə Cəlalıqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!