Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

Sosial

01 Oktyabr 2026 02:28 89


Döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların pul təminatının ikiqat hesablanmasına dair müddəanın qanundan çıxarılması təklif olunur.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Qanunun hazırkı redaksiyasına əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. pizza sifarişi

Layihədə bu müddəanın çıxarılması nəzərdə tutulur.

Hərbi qulluqçulara təminat xərclərinin verilməsi qaydası və normalarının müəyyənləşdirilməsi barədə müddəa isə yenilənir. Müəyyən qurumun hərbi qulluqçuları üçün ayrıca ödəniş sistemi nəzərdə tutulmaqla, digər hərbi qulluqçuların təminat xərclərinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!