Maliyyə çətinlikləri ilə üz-üzə qalan “Volkswagen Grubu”nun nəzdindəki “Audi” şirkətinə məxsus dünyaca məşhur motosiklet istehsalçısı “Ducati”nin satışı gündəmə gəlib. Şirkətin idarə heyəti xərcləri azaltmaq, avtomobil istehsalı model portfelini kiçiltmək və hərbi sənayeyə yönəlmək planları çərçivəsində aktivlərin ixtisarını nəzərdən keçirir.
“Yeni Sabah” “Bloomberg”in məlumatına əsasən xəbər verir ki, “Audi”nin baş icraçı direktoru (CEO) Qernot Döllner məsələyə münasibət bildirərək, "Volkswagen"in intizamlı portfolio idarəçiliyi yürütdüyünü təsdiqləyib: “Ducati-nin satışı da müzakirə olunan mövzular arasındadır, lakin hələlik yekun qərar qəbul edilməyib”.
Bu addım “Volkswagen”in “Future Plan 2030” strategiyasının tərkib hissəsidir. Almaniya istehsalçısı rəhbərliyi və həmkarlar ittifaqı kütləvi ixtisarlar barədə razılığa gəlib. Əvvəlcədən nəzərdə tutulan 50 min iş yerinin ləğvinə əlavə olaraq onilliyin sonunadək daha 50 min pozisiya ixtisara salınacaq. Beləliklə, şirkətin qlobal işçi qüvvəsinin yeddidə biri - ümumilikdə 100 min nəfər işini itirmək təhlükəsi ilə üz-üzədir. pizza
Bununla yanaşı, şirkət “CARIAD” proqram təminatı bölməsini kiçiltməyi, “Bosch” ilə sürücüsüz hərəkət tərəfdaşlığını sonlandıraraq 2026-2031-ci illər arasında 900 milyon avroya yaxın qənaət etməyi hədəfləyir.
Telegram kanalımız