Efirdə xəyanət qalmaqalı  -   Adı hallanan Mətanət Əsədova susmadı!

saytların hazırlanması

Evə çatdırılma

Efirdə xəyanət qalmaqalı - Adı hallanan Mətanət Əsədova susmadı!

Şou

24 İyun 2025 11:28 6718


Ötən gün "Səni Axtarıram" verilişinin canlı efirində ailə dramı yaşanıb. Belə ki, Gülnar adlı qadın 16 illik həyat yoldaşının ona bir müğənni ilə xəyanət etdiyini bildirib. O, 3 övladına görə boşanmaq istəmədiyini söyləyib. İddialarda adı çəkilən sənətçinin Mətanət olduğu bildirilsə də, sosial şəbəkələrdə bəzi izləyicilər məsələni şəxsiləşdirərək bu şəxsin Mətanət Əsədova olduğunu yazıblar.

Yenisabah.az məsələ ilə bağlı müğənni Mətanət Əsədova ilə əlaqə saxlayıb. Sənətçi yayılan iddiaların yalan və əsassız olduğunu bildirib. O, bu cür şərhlərin saxta hesablar vasitəsilə yayıldığını və məqsədli qarayaxma kampaniyası olduğunu vurğulayıb:

 "Nə iddialar var bilmirəm. Siz haradan bilirsiniz ki, mənim haqqımdadır?! Şərh yazanlar hamısı "fake"  (saxta) hesablardır və ölkədə 50 dənə Mətanət adında müğənni var!" 

Aydan Hacıbalazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!