Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:
"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun! Dördpendirli pizza
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əfqanıstan İslam Əmirliyi ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı hörmətə, xoş niyyətə və dostluq əlaqələrinə əsaslanır. Əfqanıstan İslam Əmirliyi bu münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük önəm verir. Şübhəsiz ki, sıx əməkdaşlıq regional sabitliyin və rifahın təmin olunmasında, həmçinin hər iki ölkənin iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Fürsətdən istifadə edərək Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Telegram kanalımız