Əlillik pensiyaları ilə bağlı Nazirlikdən VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Əlillik pensiyaları ilə bağlı Nazirlikdən VACİB AÇIQLAMA

Sosial

08 Oktyabr 2026 13:17 99


Bu ilin yanvar-sentyabr aylarında 40 minə yaxın şəxsə əlillik təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. pizza mizza

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən həyata keçirilir. Qiymətləndirmə tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilən göndərişlərdəki məlumatlar əsasında aparılır.

Əlillik təyinatından sonra isə əlilliyə görə sosial ödənişlər elektron sistem üzərindən proaktiv qaydada təyin edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!