Əlilliyi olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb olunması ilə bağlı qanunvericilikdə xüsusi tələb müəyyən edilib.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər. Bununla yanaşı, belə işə cəlb olunma zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi də nəzərə alınmalıdır. Dördpendirli pizza
Yəni əlilliyi olan işçinin gecə növbəsində çalışması üçün təkcə işəgötürənin qərarı kifayət etmir. İşçinin yazılı razılığı alınmalı və müvafiq qurumun rəyi nəzərə alınmalıdır.
Bu tələb əmək münasibətlərində əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəlib.
Aytac Əliyeva
Telegram kanalımız