Dünya səmasında, Turan səmasında iki qartalın davası gedir - Boeing və Airbus aviaşirkətləri burda bir-biriylə amansız yarışa, hava döyüşünə giriblər.
***
Siyasi ssenarilər, adətən iki fərqli, ancaq bir-birini tamamlayan meydançalarda reallaşdırılır: ikitərəfli münasibətlərdə körpə kimi dünyaya gəlir. Adına bir növ doğum şəhadətnaməsi açılır. Sənəd, rəqəmsal sıra kodunu alır və s. Və ilaxır. Pepperoni pizza
Sonra, çoxtərəfli, çoxgedişli siyasi meydançalarda keçir ikinci mərhələyə- beynəlxalq pasport qazanır bir növ özünə.
Azərbaycan diplomatiyasının İranla, Rusiya, Çinlə ikirətəfli ssenariləri, sadəcə ilk abzasdır.
Qalır indi bu ssenariləri Beynəlxalq siyasi dialoq meydançalarında təsdiqləmək. Xarici pasportla təmin etmək sanki.
2026-cı il dünyasında bu çox səsli, polifonik dialoqlar artıq “Munich Security Conference” kimi mötəbər ünvanlarından məhrumdur. “St. Petersburg International Economic Forum” da artıq samballı diplomatların görüş yeri sayılmaz. Ukrayna dronları Peterburq bəyaz gecələrinin bütün poetikasını pozduqdan sonra, mən inanmıram astagəl diplomatlar bir də Neva sahillərində yığışsınlar.
Beləliklə, Qərb öz Münhen siyasi meydançasından məhrumdu, Moskvapərəst qüvvələr isə Peterburqun bəyaz gecə poetikasından.
Bu məhrumiyyətlərin qarşısında “Shanghai Cooperation Organisation”, qısaca SCO-nun görüş imkanları əvəzedilməzdi.
Həm dünya diplomatları üçün.
Həm də Azərbaycan diplomatiyası üçün.
Prezident İlham Əliyev üçün.
Geopolitik şahmat qrossmeystri adı, məhz bu cür çoxgedişli, çoxtərəfli şahmat oyunlarında qazanılır, itirilir.
Qısası, bizim İranla, Rusiya ilə, Çinlə ikitərəfli ssenarilərimiz məhz bu masada çoxtərəfli format qazanmalıdır.
Bişkek sammitində İlham Əliyevin Vladimir Putinlə ayaqüstü, Pezeşkianla masaarxası görüşlərinin müəyyən deşifrəyə ehtiyacı var.
Putinlə ayaqüstü görüşün bircə mənası var-hər iki ölkənin geopolitik maraqları kəsişə bilər. Detallar, masarxası söhbətdə bilinəcək. Ayaqüstü ani görüş, danışıq masası arxasına dəvət istəyir.
Gördüyümüz kimi beynəlxalq geopolitik diplomatiya daha çox rəmzi işarələrlə danışır. Sevindiricidir ki, ölkə Prezidenti İlham Əliyev bu diplomatik rəmzlər dilinə, gedişlərinə tam adekvatdır.
Ayaqüstü Putin-Əliyev görüşü, masaarxası formata keçsə, dialoq mövzusu sözsüz Ukrayna ilə sülh sazişinin gələcək geopolitik nəticələri olacaq.
Moskva Ukrayna ilə sülh danışıqlarını məhz “Shanghai Cooperation Organisation” cografiyasında, çərçivəsində görmək istəyir.
Sülh mediatorunun dirijor çubuğuna çoxları, o cümlədən, cənab Ərdoğan iddialı olsa da, Moskva bu çubuğu çoxdan, 2024-cü ildən üzübəri Hindistan baş naziri Narandi Modiyə ötürüb.
KİÇİK HAŞİYƏ:
Dirijor çubuğunu, Vyana operasından kirayələmək niyyətini Moskva çox da gizlətmir. Bu “böhran qrupunu” Moskva-Dehli-Vyana-Kiyev çərçivəsində formalaşdırmaq istəyir. 2024-cu il Moskva səfərindən dərhal sonra Narandi Modinin Avstriyaya səfəri, o vaxtkı kansler Karl Nehammerlə görüşü də məhz bu ssenari çərçivəsində reallaşdırılıb. Xatırladıram: Karl Nahammer, Ukrayna savaşından dərhal sonra Moskvaya səfər etmiş yeganə, nadir Qərb diplomatlarındandı. Putinlə gizli dialoq missiyasını sonradan o, indiki Avstriya kansleri Kristian Ştokerə ötürüb. Hələ 2026-cı ilin fevralında Ştoker, Avropa Şurasının növbəti Brüssel sammitində gələcək Moskva-Vyana-Kiyev danışıqların anonsunu verib. Təşəbbüsü, Makron, Corcia Meloni, Andrey Babiç kimi məşhur adlar dəstəkləyib həm də. O cümlədən, Latviya baş naziri Evika Selinya.
Putini bu dialoqda hələlik Narandi Modi, Dehli diplomatiyası əvəzləyir.
Şahmatda bu cür gedişə İngiliscə “Castling”, rusca “рокировка», azərbaycanca isə “Qalaqurma” deyilir.
Yəni, X saatında Narandri Modi fiquru Putinlə əvəzlənməlidir. Şahmatda, bu gedişin çox ciddi detalları, xırdalıqları mövcuddur ki, siyasətdə də onlara əməl etmək vacib şərtlərdəndi.
Məncə, İlham Əliyev şahmat diplomatiyasının bu bütün incəliklərinə bələddir.
Detalları, şahmat gedişlərini öncədən bilir.
Belə olmasa Vladimir Putin onu öz şahmat oyununa dəvət etməz, hər iki şahmatçının ayaqüstü fotosu dünya massmediasında tirajlanmazdı.
İLHAM ƏLİYEVİN MARAQLARI
“Shanghai Cooperation Organisation”, SCO-yada Azərbaycanın maraqlarına qarşı çıxan ən ciddi qara qüvvə də, unutmayaq!- məhz bax bu Dehli, Narandri Modi şahmat fiqurudur.
Hindistan, şahmatın vətənidir. Dehlini, Narandri Modini bu oyunda Azərbaycan yalnız Moskva vasitəsi ilə neytrallaşdırıb, təşkilata bərabərhüqüqlu üzv kimi qəbul edilə bilər.
İLHAM ƏLİYEV-PEZEŞKİAN ŞAHMATI
Qədim “İpək yolu”, müasir TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) projesində İran ən vacib halqalardandı desək yanılmaram.
İran diplomatiyasında pozulmaz, qırmızı xətlər mövcuddu. Cari prezident heç vaxt köhnə şərtləri, ssenariləri poza bilməz.
Ancaq yeni sseanarilər yaratsa, hə, bu ssenarilərdə manevrlər hüququ həmin prezidentə məxsus olur.
Məsud Pezeşkian bilir ki, Körfəzdəki ABŞ-İran toqquşması , bu vacib oken, su arteriyasını İran üçün mübahisəli edib.
Alternativlər lazımdı.
Alternativlər isə, məhz bu TRACECA ,Transport Corridor Europe-Caucasus-Asia) nəqliyyat dəhlizindədir. İran bu projedə Türk dünyası ilə müsbət münasibətlərə, diplomatiyaya möhtacdı. Həm də müttəfiqə.
Belə müttəfiq isə ancaq Bakı, İlham Əliyevdir.
Bu səbəbdən Bişkekdəki İran diplomatiyası Türkmənçaydan sonra ilk dəfə türkcə danışmağa başlayıb.
Hindistan filinin xortumunu qısaltmaqda da bu diplomatiya bizə köməkçidir, əlavə qılıncdır.
TURAN SƏMASI
Turanın yerüstü sərvətləri çoxdan dünya supergücləri arasında bölünsə də...
Səması hələ də geopolitik manevrlərə, şahmat oyunlarına açıqdır.
Geopolitik döyüş meydançasını Turanda tapan Zbiqnev Bjezinki, siyasi konyukturaya xatir öz lüğətində Turan sözünü, Avrasya ilə əvəzləmişdi.
“Böyük şahmat taxtası” kitabının dükanlardakı variantı, cümlələri yarımçıqdır. Bütöv mətn, ancaq şahmat qrossmeysterlərinə təqdim edilir.
Dükandakı mətnlərdə Avrasyanın bir qapısından-Bakıdan danışılsa da, əsas gizli mətndə qapılar ikidir. Biri, Bakı qapısıdır, digəri isə Bjezinskinin ata vətəni Litvadakı məşhur Suvalk dəhlizindədir.
Ukrayna müharibəsi Suvalk dəhlizini qapadığı səbəbdən, dünya şahmat oyununun əsas meydançası Bakıdadır indi.
Redyar Kiplinqin dediyi “Great Game”, yəni “Böyük oyun” meydançası Turan torpaqlarını yox, yox...
Hava ərazisini əhatələyib.
İran, Rusiya hava ərazisi müharibə nəticəsində Qərb aviadaşıyıcılarına qapalıdır. Qərbdən Çinə, Uzaq Şərqə gedən yeganə hava dəhlizi, Zbiqnev Bjezinskinin işarələdiyi Bakı səmalarındadır.
“Great Game”in bu mərhələsində şahmata siyasətçilərdən sonra ağır tonnajlı dünya kapitalı, ilk növbədə beynəlxalq aviasənayeçiləri və daşıyıcıları daxil olur.
Sözü verək dövrü mətbuata:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib “
Dünya səmasında, Turan səmasında iki qartalın davası gedir-Boeing və Airbus aviaşirkətləri burda birbiriylə amansız yarışa, hava döyüşünə giriblər.
Ukrayna savaşının ilk mərhələsi Donbass səmasında Malazia hava yollarına məxsus “Boeing 777” təyyarəsinin vurulması ilə başlayırsa, bu da təsadüfi deyildir.
Yəni, Ukrayna-Rusiya savaşı, həm də dünya aviaşirkətlərinin gizli qarşıdurmasından start götürür.
İndi bu qarşıdurma Turan, bizim səmalarımıza da gəlib.
Azərbaycan, Boeng-Lokhid tərəfdarıdır bu oyunda. Qazaxıstan, Özbəkistan mülkü sifarişlərini Boeng şirkətinə versələr də, hərbi hava qüvvələrini Fransa, Avropa Aerokosmik şirkəti “S.A.S.”-nin “Rafale” qırıcı təyyarələrinə vermək istəyirdilər.
Ancaq son Pakistan-Hindistan hərbi hava döyüşlərində İslamabad həmin Rafale təyyarələrinin üçünü bir saniyə ərzində məhv etdi.
Nəticədə Özbəkistan, Qazaxıstana Makronun son səfərləri nəticəsiz qaldı.
Hindistanın də səhmləri aşağı düşdü, “Airbus S.A.S. -Airbus SE”, şirkətinin, Makronun da.
Qalib sərkərdə Asim Munir feldmarşal adını qazanaraq qaliblər şəhəri Şuşaya dəvət aldı.
Orda ilham Əliyevlə görüşdü.
Nəticədə Dehli, Narandri Modi səhmləri xeyli ucuzlaşdı dünya bazarında.
P. S. İlham Əliyev, sözsüz, Bişkekdəki “Shanghai Cooperation Organisation” sammitində bu vacib detalları bir yerə, bir layihədə, dosyedə, keysdə danışıqlar masasına çıxarmağı bacaracaq.
Dehlinin Bakıya qoyduğu ötən ilki veto, artıq laxlamaqdadır.
SON NƏTİCƏ
Bişkek sammitində Turan səması uğrunda qızışan qarşıdurma, Dehli ilə Bakı arasındadır. Dehlinin arxasında Fransa təyyarələri, Avropa Aaerokosmik Sənayesi SAS-dır. Səhmdarları sırasında Fransa erməni icmasının olması, oyuna əlavə dramatizm qatır.
Situativ müttəfiqlərimiz, Rusiya, Pakistan, İran olsa, geopolitik tərəzi bizə doğru əyilə bilər.
İran, vaxtiylə, 2015-ci il Nüvə anlaşması nəticəsində bu SAS-la eyni maraq dairəsində olsa da...
İran Milli Məclisi sədri Məhəmməd Qalibaf vaxtiylə Fransada, SAS-da pilot təlimlərindən keçsə də...
SAS lobbisti olsa da...
Məsud Pezeşkian Bakı vasitəsi ilə SAS rəqibi Boenglə anlaşıb, İran daxili siyasi-iqtisadi mübarizəsində əlavə güc toplaya bilər.
Çin, adətincə, qalibləri özünə müttəfiq bilir deyə, bu “Great Game”də seçimi əvvəlcədən məlumdur.
Məğlub tərəf kimi Dehli diplomatiyasını görürəm.
Bütün hallarda son gedişi London edəcək.
Məqaləmin sonunu, rəhmətlik atam Qafar Kəndlinin mənə verdiyi qısa nəsihətlə bitirməyi lazım bildim. Yapon haykusu kimi yazıram bu nəsihəti:
“İngilis,
Çox təhlükəlidir
Qalsa
Siqarasız,
siqaretsiz”.
Həmid Herisçi, yazıçı
Telegram kanalımız