Norwegian Cruise Line ilə Kruiz səyahəti: Azərbaycandan necə sifariş etmək olar?

saytların hazırlanması

Evə çatdırılma

Norwegian Cruise Line ilə Kruiz səyahəti: Azərbaycandan necə sifariş etmək olar?

Turizm

02 Sentyabr 2026 11:39 91


Norwegian Cruise Line (NCL) dünyanın aparıcı kruiz şirkətlərindən biridir və Azərbaycandan kruiz səyahətinə çıxan turistlər arasında getdikcə daha çox maraq doğurur. Müasir gəmiləri, zəngin əyləncə proqramları, müxtəlif istiqamətləri, əlverişli NCL kruiz qiymətləri və sərbəst səyahət konsepsiyası ilə seçilən NCL fərqli kruiz təcrübəsi axtaranlar üçün maraqlı seçimlər təqdim edir.

Bu məqalədə Norwegian Cruise Line-ın gəmiləri, maraqlı kruiz marşrutları, şirkəti digər kruiz operatorlarından fərqləndirən xüsusiyyətlər, eləcə də Azərbaycandan NCL kruizlərini əldə etməyin imkanları barədə ətraflı məlumat veririk.

Norwegian Cruise Line nədir? pizza hut

1966-cı ildə “Sunward” gəmisi ilə fəaliyyətə başlayan Norwegian Cruise Line bu gün 20-dən çox gəmidən ibarət donanması ilə dünyanın aparıcı kruiz operatorlarından biridir.Şirkətin əsas fərqləndirici xüsusiyyətlərindən biri Freestyle Cruising konsepsiyasıdır. NCL ilə səyahət edən sərnişinləri kruiz zamanı innovativ əyləncələr gözləyir. Gəmilərdə dəniz üzərində quru sürüşmə attraksionları, okean mənzərəli sonsuz hovuzlar və virtual reallıq təcrübələri ilə yanaşı, şoular, canlı musiqi proqramlarıvə müxtəlif tamaşalar təqdim olunur.

NCL gəmiləri: fərqli siniflər, fərqli təcrübələr

Norwegian Cruise Line donanmasındakı gəmilər ölçüsünə və konsepsiyasına görə müxtəlif siniflərə bölünür.

Prima Plus və Prima sinifləri donanmanın ən yeni və müasir gəmilərini birləşdirir. Norwegian Prima (2022), Norwegian Prima (2023), Norwegian Aqua (2025) və Norwegian Luna (2026) kimi gəmilərdə sərnişinlərin rahatlığına və keyfiyyətli təcrübəyə xüsusi diqqət yetirilir. Daha geniş kabinlər, açıq göyərtələr, nisbətən daha az izdihamlı restoran və əyləncə məkanları ümumilikdə daha komfortlu səyahət atmosferi yaradır.

Breakaway Plus və Breakaway sinifləri 160 min tondan artıq tutuma malik meqa-gəmiləri ilə seçilir. Bu gəmilərdə geniş əyləncə, restoran və istirahət imkanları təqdim olunur.

Epic sinfi 2010-cu ildə debüt edən Norwegian Epic gəmisi ilə diqqət çəkir. Bu gəmi solo səyahət edən sərnişinlər üçün Studio kabinlərinin təqdim edilməsi ilə də tanınır.

Jewel, Dawn, Sun və Leo (Spirit) sinifləri daha kiçik, klassik ölçülü gəmilərdən ibarətdir. Bu gəmilər daha sakit gəzinti və istirahət məkanları ilə fərqlənir.

Pride of America isə yalnız Havay adaları arasında kruizlər həyata keçirən unikal gəmi kimi xüsusi yer tutur.

Dünyanın müxtəlif istiqamətlərinə kruizlər

Norwegian Cruise Line dünyanın müxtəlif bölgələrinə kruiz səfərləri təklif edir. Karib dənizindən Alyaskanın buzlaqlarına, Aralıq dənizi limanlarından Şimali Avropanın fyordlarına və Asiyaya qədər geniş coğrafiyada səyahət imkanları mövcuddur.

NCL-in üstünlüklərindən biri də sərnişinlər üçün xüsusi təcrübə təqdim edən özəl məkanlardır. Bahamalardakı Great Stirrup Cay və Belizdə yerləşən 30 hektarlıq Harvest Caye tropik çimərlikləri, mərcan rifləri və müxtəlif su idmanı imkanları ilə sərnişinlərə dəniz səyahətindən əlavə fərqli istirahət təcrübəsi yaşadır.

Great Stirrup Cay-də yeni su parkı

Norwegian Cruise Line Group Germany GmbH şirkətinin Şərqi Avropa üzrə Biznesin İnkişafı meneceri Susann Wurm-Bouaaida Cruises.az rəhbəri Azər Quliyev vasitəsilə Great Stirrup Cay-də həyata keçirilən yeniliklərlə bağlı bunları bildirib:“Biz Great Stirrup Cay adasında həyata keçirilən möhtəşəm yeniliklərdən çox həyəcanlıyıq! Bu ilin 4 sentyabr tarixində isə yeni Great Tides Waterpark su parkımızın açılışını edəcəyik. Burada sizi 19 su sürüşməsi, Wandering River (sakit axarlı çay), ailələr üçün Splash Cay və Cliffside Cove kimi möhtəşəm yeni əyləncələr gözləyir. Adrenalin dolu attraksionlardan ailəvi fəaliyyətlərə və dincəlmək üçün rahat məkanlara qədər hər kəs üçün seçim var. Bu, möhtəşəm bir adada və cənnətdə öz ideal gününüzü seçmək imkanıdır!”

Qeyd edək ki, sözügedən açılış Norwegian Luna gəmisinin Mayamidən yola düşən 7 günlük Karib kruizi çərçivəsində baş tutacaq.

Azərbaycandan səyahət edənlər üçün maraqlı NCL marşrutları

Norwegian Cruise Line Azərbaycanlı turistlər üçün də müxtəlif istiqamətlərdə maraqlı kruiz marşrutları təqdim edir.

Norwegian Viva

Marşrut: İstanbul (Türkiyə) – Kuşadası (Türkiyə) – Santorini (Yunanıstan) – Mikonos (Yunanıstan) – Afina (Yunanıstan) – Katakolon (Yunanıstan) – Valetta (Malta) – Kataniya/Siciliya (İtaliya) – Salerno (İtaliya) – Roma (İtaliya).Bu marşrut Aralıq dənizinin ən məşhur turizm istiqamətlərini bir səfərdə kəşf etmək imkanı yaradır.

Norwegian Star

Marşrut: Lissabon (Portuqaliya) – Funşal, Madeyra (Portuqaliya) – Santa-Kruz de Tenerife, Kanar adaları (İspaniya) – Las-Palmas, Kanar adaları (İspaniya) – Puerto del Rosario (İspaniya) – Aqadir (Mərakeş) – Kasablanka (Mərakeş) – Tanjer (Mərakeş) – Motril (İspaniya) – Gibraltar (Böyük Britaniyanın dənizaşırı ərazisi) – Kadis (İspaniya) – Portimau (Portuqaliya) – Lissabon (Portuqaliya).

Bu marşrut Avropanın Atlantik sahilləri, Kanar adaları və Şimali Afrikanın bir sıra şəhərləri ilə tanış olmaq istəyənlər üçün maraqlı seçimdir.

Norwegian Epic

Marşrut: Barselona (İspaniya) – Marsel (Fransa) – Kan (Fransa) – Livorno (İtaliya) – Messina/Siciliya (İtaliya) – Salerno (İtaliya) – Roma (İtaliya).

Marşrut Fransa və İtaliyanın məşhur turizm şəhərlərini bir kruiz çərçivəsində ziyarət etmək imkanı verir.

Norwegian Gem

Marşrut: Roma (İtaliya) – Salerno (İtaliya) – Kataniya/Siciliya (İtaliya) – Korfu (Yunanıstan) – Kotor (Monteneqro) – Split (Xorvatiya) – Venesiya (İtaliya) – Ravenna (İtaliya).

Bu səfərdə Aralıq dənizi ilə yanaşı, Balkanların məşhur sahil şəhərlərini də kəşf etmək mümkündür.

Norwegian Pearl

Marşrut: Ravenna (İtaliya) – Dubrovnik (Xorvatiya) – Kotor (Monteneqro) – Korfu (Yunanıstan) – Katakolon (Yunanıstan) – Mikonos (Yunanıstan) – Santorini (Yunanıstan) – Afina (Yunanıstan).

Yunanıstan adaları və Adriatik dənizinin ən məşhur sahil şəhərləri bu marşrutun əsas cazibəsini təşkil edir.

Uzunmüddətli kruizlər və daha çox kəşf imkanı

Digər kruiz şirkətləri ilə müqayisədə Norwegian Cruise Line-ın marşrutları arasında 9–10 gecəlik uzunmüddətli səyahətlərin payı daha yüksəkdir. Bu isə daha çox liman görmək və hər bir istiqaməti tələsmədən kəşf etmək istəyən turistlər üçün əlavə üstünlük yaradır.

Yuxarıda sadalanan marşrutlardan da göründüyü kimi, NCL yalnız böyük və məşhur limanları deyil, turist axınının nisbətən az olduğu istiqamətləri də proqramına daxil edir. Azərbaycandan olan kruiz həvəskarları üçün bu xüsusiyyət yeni şəhərləri və fərqli turizm məkanlarını kəşf etmək baxımından xüsusilə maraqlıdır.

NCL gəmilərində dizayn və komfort

Norwegian Cruise Line gəmilərinin interyer və eksteryer dizaynı da diqqət çəkən xüsusiyyətlərdəndir.Yeni nəsil Prima sinfi gəmilərində daha geniş açıq göyərtələr, “Ocean Boulevard” və “Waterfront” kimi geniş gəzinti və istirahət məkanları, eləcə də panoramik şüşə elementlər diqqəti cəlb edir.

Yeni gəmilərdə NCL açıq və işıqlı rəng palitrasına üstünlük verir. Bu dizayn yanaşması sərnişinlərdə daha rahat və pozitiv ovqat yaratmaqla yanaşı, məkanların daha geniş və işıqlı görünməsinə imkan verir.İnteryer baxımından isə sərnişinlər klassik kabinlərdən tutmuş daha yüksək səviyyəli The Haven lüks süitlərinə qədər geniş seçim imkanına malikdirlər.

Azərbaycandan NCL kruizini necə əldə etmək olar?

Azərbaycandan Norwegian Cruise Line ilə kruiz səyahəti planlaşdıranlar üçün Cruises.az ilə əlaqə saxlamaq etibarli seçimdir.Bakıda fəaliyyət göstərən Cruises.az Norwegian Cruise Line-ın rəsmi tərəfdaşıdır və turistlərə kruiz seçimində yardım edir, müxtəlif xidmətlər təklif edir. Bakıdan kruiz sifarişi vermək bu gün artıq mürəkkəb proses deyil — Cruises.az vasitəsilə bir neçə addımda kruiz biletinizi əldə edə bilərsiniz.

Cruises.az-ın əsas üstünlüklər arasında:

Birbaşa rezervasiya – vasitəçi olmadan kruiz üçün birbaşa yer bron etmək imkanı;

Bank kartı ilə ödəniş – ödənişi birbaşa öz bank kartınızla həyata keçirmək rahatlığı;

Peşəkar məsləhət – büdcənizə və gözləntilərinizə uyğun gəmi, marşrut və kabin növünün seçilməsində dəstək.

Unudulmaz kruiz macərası planlaşdırırsınızsa, Cruises.az komandası ilə əlaqə saxlayaraq Norwegian Cruise Line daxil olmaqla müxtəlif kruiz şirkətləri arasından sizin üçün ən uyğun gəmi, kabin və marşrutu seçə bilərsiniz.Cruises.az, həmçinin, MSC, COSTA, Royal Caribbean, Celebrity, Princess, AROYA, Celestyal Cruises və Explora Journeys kimi dünyanın aparıcı kruiz şirkətlərinin rəsmi tərəfdaşı olaraq müxtəlif istirahət imkanlarını da təqdim edir.Kruiz səyahətləri ilə bağlı digər maraqlı istiqamətlər və təkliflər barədə növbəti məqalələrimizdə daha ətraflı məlumat verəcəyik.

Tez-tez verilən suallar

Norwegian Cruise Line-ı digər kruiz şirkətlərindən nə fərqləndirir?

NCL-i fərqləndirən əsas xüsusiyyət Freestyle Cruising konsepsiyasıdır — sərnişinlər sabit yemək saatları və məcburi geyim kodu olmadan sərbəst səyahət edirlər. Bundan əlavə, gəmilərdə go-kart trasları, quru sürüşmə attraksionları və Broadway səviyyəli şoular kimi unikal əyləncələr təklif olunur.

Azərbaycandan NCL kruizinə necə bilet almaq olar?

Bakıda fəaliyyət göstərən Cruises.az Norwegian Cruise Line-ın rəsmi tərəfdaşı kimi birbaşa rezervasiya imkanı təqdim edir. Sifarişi öz bank kartınızla birbaşa ödəyə, marşrut və kabin seçimində peşəkar məsləhət ala bilərsiniz.

NCL kruiz qiymətləri nədən asılıdır?

Qiymət seçilən gəminin sinfi, marşrutun müddəti və sezonu, kabin növü (klassik kabindən The Haven lüks süitlərinə qədər) və səyahət tarixindən asılı olaraq dəyişir. Dəqiq qiymət üçün Cruises.az komandası ilə əlaqə saxlamaq tövsiyə olunur.

Freestyle Cruising nə deməkdir?

Freestyle Cruising — NCL-in sərnişinlərə sərt cədvəllər, məcburi geyim kodu və sabit yemək saatları olmadan daha sərbəst səyahət təcrübəsi yaşatmaq konsepsiyasıdır.

Cruises.az

+994 50 265 43 53

Web : www.cruises.az

Youtube : www.youtube.com/@cruisesaz

Instagram: https://www.instagram.com/cruises.az?igsi=MzR2YmxwODdpMW1h

Facebook : https://www.facebook.com/cruises.az

Tik tok : https://www.tiktok.com/@cruises.az?_r=1&_t=ZS-99NQk48Mh6a


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!