Hesabına pul köçürülən şəxslər bunu bilməlidir -   Dövlətə bu qədər ödəyəcəksiniz

saytların hazırlanması

Evə çatdırılma

Hesabına pul köçürülən şəxslər bunu bilməlidir - Dövlətə bu qədər ödəyəcəksiniz

İqtisadiyyat

02 Sentyabr 2026 10:12 186


Xarici şirkətdə səhmi olan və dividend gəliri əldə edən Azərbaycan rezidenti bu gəlirdən 5 faiz dərəcəsi ilə vergi ödəməlidir.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, dividend hüquqi şəxsin öz təsisçilərinin, payçılarının və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı etdiyi pul və ya digər ödənişdir.

Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcəsi ilə vergi tutulur. pizza

Beləliklə, xarici şirkətdə səhmi olan və həmin şirkətdən dividend əldə edən rezident fiziki şəxs vergi orqanlarında uçota alınmalı və VÖEN əldə etməlidir.

Məsələn, xarici şirkət 2026-cı ilin I yarımilliyi üzrə formalaşmış bölüşdürülməmiş mənfəətini səhmdarlar arasında bölüşdürərək Azərbaycan rezidentinə təqribən 2 700 ABŞ dolları ödəyibsə, həmin şəxs bu gəlirdən 5 faiz, yəni təxminən 135 ABŞ dolları məbləğində gəlir vergisi hesablamalıdır.

Vergi ödəyicisi əldə etdiyi gəlirdən vergini hesablayaraq növbəti ilin 31 martından gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməli və hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!