Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun əvvəlki geniş imkanlarının artıq olmadığı haqda iddia yayılıb.
"Yeni Sabah" Axar.az-a istinadla xəbər verir ki, E.Rüstəmovun xaricdəki biznesi də uğursuzluğa düçar olub və övladları artıq Bakıya dönməyə məcbur olublar.
Biznes imperiyasının çökməsi E.Rüstəmovu müəyyən addımlara sövq edib. Belə ki, o, məşhur “Platin” şadlıq sarayını satıb. pizza sifarişi
İddiaya görə, şadlıq sarayı 22 milyon manata satılıb.
Alqı-satqı bir neçə ay öncə həyata keçirilib.
Telegram kanalımız