Ərdoğanın “X” hesabı məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın “X” hesabı məhdudlaşdırıldı

Şou

26 Oktyabr 2026 15:54 141


Türkiyəli aktyoru Yılmaz Ərdoğan sosial mediada gözlənilməz addımla üz-üzə qalıb.

“Yeni Sabah” xəbər verir ki, həm də rejissor və ssenarist olab şəxsin rəsmi "X" hesabını platforma rəhbərliyi müvəqqəti məhdudlaşdırıb.

Bu qərarın ardınca gözlər Yılmaz Ərdoğanın baş rol ifaçısı olduğu "Organize İşler: Karun Hazinesi" "Netflix" serialına yönəlib. Ekran işində əski türk inanc sisteminə və şamanizm mədəniyyətinə aid müqəddəs "kam davulu" simvolunun işlədilməsi sosial mediada kəskin narazılıq və müzakirələr doğurmuşdu. İddialara görə, hesabın bloklanması məhz həmin ictimai etirazlardan sonra istifadəçilərin göndərdiyi kütləvi şikayətlərlə bağlı ola bilər. Toyuqlu pizza

Buna baxmayaraq, hesabın dəqiq hansı qayda pozuntusuna görə bağlandığı rəsmiləşməyib. Hadisə ilə bağlı nə platforma rəhbərliyindən, nə də sənətçinin menecer komandasından hələlik rəsmi açıqlama verilməyib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!